"Bavariya"nın keçmiş baş məşqçisi Yulian Naqelsmannın maraqlarını təmsil edən agent Volker Strut alman mütəxəssisin "Çelsi" ilə müqavilə imzalamamasının səbəbini açıqlayıb.
“Naqelsmann tərəfindən ora getməmək düzgün qərar idi. Hazırda bu, “problemli sularda” olan bir klubdur", - Lent.az xarici mediaya istinadla bildirir ki, o deyib.
Xatırladaq ki, Naqelsmann "Bavariya"nın baş məşqçisi vəzifəsini tərk etdikdən sonra 2023-cü ilin mart ayının sonundan işsizdi.