"Çelsi" futbol klubu 27 ildən sonra ilk dəfə mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlinin aşağı pilləsində başa vuracaq və toplanan xallara görə antirekord vuracaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, ötən həftəsonu Frenk Lempardın yetirmələri səfərdə “Mançester Siti”yə uduzub (0:1).
43 xal toplayan "aristokratlar" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. "Çelsi"nin çempionatın sonuna qədər keçirəcəyi iki oyun var - səfərdə "Mançester Yunayted"lə və evdə "Nyukasl"la. Bu oyunlardakı qələbələrlə belə, "London klubbu hazırda "Kristal Pelas"ın qərarlaşdığı 11-ci sıradan yuxarı qalxa bilməyəcək.
Beləliklə, "Çelsi" 1996-cı ildən sonra ilk dəfə mövsümü Premyer Liqa cədvəlinin aşağı hissəsində başa vuracaq. O zaman londonlular 11-ci yerdə qərarlaşıblar.
Londonlular Premyer Liqada çıxış tarixində ən az xal toplamağı təmin ediblər. "Çelsi" 49 xaldan çox toplaya bilməyəcək ki, bu da onların indiki antirekordundan az olacaq. Buna qədər “aristokratlar”ın ən pis mövsümləri komandanın çempionatı 50 xalla başa vurduğu 1995/96 və 2015/16 mövsümləri olub.
Bundan əvvəl "Çelsi" yeni futbolçular üçün 612 milyon avro xərcləyərək mövsümün transfer rekordu vurmuşdu.