“Çelsi” xəsis deyil:  Klub yeni məşqçi üçün nə qədər pul ödəyəcək?
30 may 2024 10:59 (UTC +04:00)

“Çelsi” xəsis deyil: Klub yeni məşqçi üçün nə qədər pul ödəyəcək?

Enzo Mareska "Çelsi"nin yeni baş məşqçisi olacaq. 

Lent.az xarici mediaya istinadən bildirir ki, London klubunun italiyalı üçün nə qədər ödəyəcəyi məlum olub.

Yalnız bir mövsüm əməkdaşlıqdan sonra “Çelsi” Maurisio Poşettino ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib. London klubu gözlənilmədən argentinalının əvəzinə Mareskanı baş məşqçi təyin edəcək.

İtalyilanın baş məşqçi kimi cəmi bir mövsümü var. O, bu işdə uğur qazanıb - "Lester"i İngiltərə Premyer Liqasına gətirib.

"Çelsi" dərhal italiyalı ilə 5 illik müqavilə bağlamaq qərarına gəlib. "Lester" Mareskadan vaxtından əvvəl ayrıldığına görə də böyük təzminat alacaq. İnsayder Fabrisio Romano məbləğin təxminən 10 milyon avro olacağını bildirib.

"Çelsi"nin məşqçinin dəyişdirilməsi ilə bağlı xərcləri bununla bitməyəcək. məşqçi dəyişikliyi ilə bağlı xərcləri bununla bitməyəcək. London klubu “Lester”dən olan 44 yaşlı mütəxəssisin həmkarını da alacaqlar. Hələlik bu məsələ ilə bağlı razılıq əldə edilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar