“Roma”nın kapitanı Edin Ceko heyətdən uzaqlaşdırılıb və klubu tərk edə bilər.
Lent.az xəbər verir ki, “Corriere dello Sport”un yazdığına görə, bosniyalı hücumçu İtaliya Kubokunun 1/8 final mərhələsinin “Spesiya” ilə oyununda start heyətə salınmayıb. Qeyd edək ki, həmin oyunun əlavə vaxtında hesab 2:4 olub, ardınca “Roma”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Cekonun start heyətinə salınmamasına baş məşqçi Paulo Fonseka ilə mübahisəsi səbəb olub. O, İtaliya çempionatının 19-cu tutunda “Spesiya” ilə oyun üçün də heyətə daxil edilməyib.
Mənbənin məlumatına görə, 34 yaşlı hücumçu üçün “İnter” və “Yuventus” iddialıdır. Cekonun agenti isə onu “Vest Hem”ə təklif edib.
Ceko “Roma”da 2015-ci ildən çıxış edir. O, 2016/2017-ci il mövsümündə İtaliya çempinatında 29 qolla ən məhsuldar oyunçu olub. Bosniyalı bu mövsümdə isə 15 oyunda 7 qol vurub.