Bu yarımmüdafiəçi “Fənərbaxça”dan gedir
23 noyabr 2023 18:46 (UTC +04:00)

Bu yarımmüdafiəçi “Fənərbaxça”dan gedir

“Fənərbaxça”nın yarımmüdafiəçisi İrfan Kahveci karyerasını Rusiyada davam etdirə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə Moskvanın CSKA klubu maraqlanır.

Məlumata görə, ordu klubu Kahveci üçün 10 milyon avro ödəməyə hazırdır. Eyni zamanda Kanar adalarının yarımmüdafiəçisi ilə İspaniya komandaları da maraqlanır.

Transfermarkt internet portalı İrfan Kahvecini 7,5 milyon avro dəyərində qiymətləndirir. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm “Fənərbaxça”da bütün turnirlərdə 21 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə verib. Kahveci üç mövqedə oynaya bilər: mərkəz, sağ və mərkəz hücumameyilli yarımmüdafiəçi. İrfan Türkiyə millisində 30 oyun keçirməyi bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5424
avatar

Oxşar yazılar