Aleksandr Zinçenko və Qabriel Martinelli 2022/23 mövsümündə daha meydana çıxmayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu məlumatı "Arsenal"ın baş məşqçisi Mikel Arteta verib.
Mütəxəssisin sözlərinə görə, hər iki futbolçu zədə səbəbindən mövsümün sonunadək sıradan çıxıb.
"Onların hər ikisi mövsümün qalan hissəsində meydana çıxmayacaq. Bərpa müddəti nə qədərdir? Fərqlidir. Qabinin olduqca pis zədəsi var. Gələn həftə bunu dəyərləndirməliyik. O, ən azı bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Aleksin baldırında problem var. O, qarşıdakı bir neçə oyunda oynaya bilməyəcək”, - Arteta deyib.
Daha əvvəl məlum olmuşdu ki, Zinçenko Avro-2024-ün seçmə mərhələsi üçün Ukrayna millisinin iyundakı oyunlarını buraxacaq.