"Neftçi" "Match TV" beynəlxalq turnirində ilk oyununu “Zenit”ə qarşı keçirib.
Lent.az xəbər verir ki, Sankt-Peterburqdakı "Qazprom Arena"da oynanılan görüşdə “Zenit” qalib gəlib - 3:1. Hesabı 39-cu dəqiqədə “Neftçi”nin futbolçusu Mateus Saldanya penalti zərbəsi ilə açıb. "Zenit"in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.
Qeyd edək ki, oyunda “Neftçi”nin qapıçısı Aqil Məmmədov “Zenit” klubunun futbolçusu Vladislav Sausla toqquşduqdan sonra xüsusi avtomobillə xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Beynəlxalq turnirdə “Zenit”, “Neftçi”, “Fənərbağça” (İstanbul, Türkiyə) və “Srvena Zvezda” (Belqrad, Serbiya) klubları da iştirak edir.