Bekhem Ronaldonu öz komandasında görmək istəyir
05 aprel 2022 05:52 (UTC +04:00)

Bekhem Ronaldonu öz komandasında görmək istəyir

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə keçə bilər.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Bekhem 37 yaşlı forvardın mümkün transferini Mayami klubunun rəhbərliyi ilə müzakirə edib.

Portuqaliya millisinin kapitanının “qırmızı şeytanlar”dan ayrılmaq istəməsi də MLS klubunu bu keçidə ümidləndirir. Bekhem hətta bir müddət əvvəl açıqlamasında Ronaldo və PSJ-də çıxış edən Lionel Messinin “İnter Mayami”yə keçidini istisna etməyib, bunun hədəfləri sırasında yer aldığını bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar