"Bavariya"nın 37 yaşlı qapıçısı Manuel Noyer 23 yaşlı həndbolçu Anika Bissellə evlənib.
Lent.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, qapıçı ilə həndbolçunun toyu dar çərçivədə baş tutub. Qız sosial şəbəkə profilində soyadını dəyişib. Noyer və Bissel sentyabrın sonunda nişanlanıblar.