“Bavariya” Leroy Saneni vurduğu üçün hücumçu Sadio Maneni 350 min avro cərimələyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu cərimə klub tarixində rekord göstəricidir.
“Bavariya” futbolçuları Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunundan sonra mübahisə edib. Sadio Manenin klub yoldaşı Leroy Sanenin sifətinə baş ilə zərbə vurduğu bildirilib. Bundan sonra münhenlilər Maneni Bundesliqanın 28-ci turunun “Hoffenhaym”la oyunda iştirakdan kənarlaşdırdığını açıqlayıb.
Mane 2022-ci ilin yayında “Liverpul”dan “Bavariya”ya keçib.
Ümumilikdə o, klub üçün bütün yarışlarda 32 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.