"Bavariya" yeni baş məşqçi belçikalı Vinsent Kompani ilə bağlı qərar verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Bavariya" Kompaninin hazırkı klubu olan İngiltərə "Bernli"sinə 10-12 milyon avro məbləğində təzminat ödəməli olacaq. Belçikalının rəhbərliyi altında komanda bu mövsümün sonunda İngiltərə Premyer Liqasında aşağı liqaya düşüb.
38 yaşlı mütəxəssisin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Kompani məşqçilik karyerasına 2019-cu ildə Belçikanın "Anderlext"inə rəhbərlik etdiyi vaxt başlayıb. İkinci komandası olan “Bernli” ilə Kompany 2022/2023 mövsümündə Çempionluğu qazanıb.