Basketbolçular  top üstündə   dava etdilər
14 dekabr 2023 16:37 (UTC +04:00)

Basketbolçular top üstündə dava etdilər

Milli Basketbol Assosiasiyasının (NBA) adi mövsümünün oyunundan sonra “Milyoki Baks” və “İndiana Peysers” komandalarının oyunçuları davaya başlayıblar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “İndiana”nın basketbolçuları topu soyunub-geyinmə otağına apararaq onu NBA-da ilk xalını qazanan yeniyetmə Oskar Çibveyə təqdim ediblər. Eyni zamanda, oyunda məhsuldarlıq rekordu qıran "Milyoki"nin yunan futbolçusu Yannis Antetokunbonun da topu götürmək istəyib.

“İndiana”nın baş məşqçisi Rik Karlayl bildirib ki, bu səbəbdən tribunanın alıtında dava düşüb, komandanın baş meneceri Çad Byukenen xəsarət alıb. O əlavə edib ki, həm Çibve, həm də Antetokunbo hərəyə bir top əldə edib.

Lakin yunan aldığı topun həqiqətən də oyun topu olduğuna şübhə edib.

Görüş 140:126 hesabı ilə "Miluoki"nin xeyrinə başa çatıb. Antetokunbo 64 xal toplayıb, şəxsi və klub rekordlarını yeniləyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3321
avatar

Oxşar yazılar