Baş məşqçidən QƏRAR: Messi  bu oyunda oynamayacaq
23 yanvar 2023 00:03 (UTC +04:00)

Baş məşqçidən QƏRAR: Messi bu oyunda oynamayacaq

PSJ-nin hücumçusu Lionel Messi Fransa Kubokunun 1/8 final mərhələsində “Pes de Kassel”lə oyunu buraxacaq. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Fransa klubunun rəhbərliyi 35 yaşlı argentinalıya istirahət vermək və futbolçunu daha vacib görüşlərə saxlamaq qərarına gəlib.

Xatırladaq ki, Messi 2021-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm o, Kristof Qaltyenin komandasında 21 oyuna çıxıb, 13 qol vurub və 14 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar