Baş məşqçi millimizin futbolçusu haqqında nələr dedi... - "Gedişinə icazə verdik"
16 yanvar 2021 10:01 (UTC +04:00)

Baş məşqçi millimizin futbolçusu haqqında nələr dedi... - "Gedişinə icazə verdik"

“Ozan bizimlə çox yaxşı çalışdı, uğurlu işlər gördü, əla münasibət qurdu”.

Bunu apasport.az saytına açıqlamasında “Sabah”ın baş məşqçisi Visente Qomes yarımmüdafiəçi Ozan Can Kökçünün Niderlandın “Telstar” klubuna keçidi ilə bağlı danışarkən deyib.

İspaniyalı mütəxəssis milli komandamızın üzvünün ölkə xaricində təcrübə toplayacağını düşünür. Qomes buna mane olmaq istəmədiklərini vurğulayıb: “Ozan Can bizim üçün vacib futbolçu idi. Amma Avropadan təklif aldı və gənc oyunçu üçün bu cür təcrübə yaşamaq yaxşı hal olar. Buna görə də gedişinə icazə verdik. Ümid edirəm ki, orada oyunundan həzz alacaq, futbolçu kimi böyüyəcək və daha güclü oyunçu olacaq”.

Qeyd edək ki, “Sabah”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Ozan Can Kökçü Niderlandın ikinci liqa təmsilçisi “Telstar”a icarəyə verilib.

# 8901
avatar

Oxşar yazılar