"Barselona" Lionel Messinin geri qaytarılması üzərində işləyir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kataloniya klubu PSJ ilə müqaviləsi yayda başa çatacaq hücumçunu transfer etmək üçün əlindən gələni edəcək.
"Barselona"nın Messini iyunda almaq istədiyi bildirilir.
Leo “Barselona” ya qayıtmaq istəyir. Tərəflər keçidlə bağlı ilkin danışıqlara imkan verən prinsipial razılığa gəliblər. Messinin Katalonia klubundakı maaşı PSJ-də aldığından az olacaq, lakin Leonun mümkün qayıdışı iqtisadi deyil, sentimental səbəblərlə bağlıdır.
"Barselona"nın prezidenti Joan Laporta argentinalı ilə münasibəti yaxşılaşdırıb.
La Liqa “Barselona”nın həyati əhəmiyyətli planını təsdiqləməyə hazırdır. Bu, yəqin ki, mayın 19-da baş verəcək.
"Barselona" rəsmi olaraq La Liqadan Leo Messinin qeydiyyatdan keçə biləcəyinə dair yazılı sənəd təqdim etməsini istəyib. Kataloniyalılar bunu futbolçuya iki il əvvəl baş verənlərin bir daha təkrar olunmayacağına zəmanət olaraq göndərəcək.