“Barselona”nın idman direktoru Mateu Alemani klubun son günlər Lionel Messi ilə əlaqə saxlamadığını açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, daha əvvəl argentinalının ailəsi və köməkçiləri ilə birlikdə Barselonaya gəldiyi məlum olub.
"O, həqiqətən də bura gəlməkdən zövq alır və həmişəki kimi bir neçə gün Barselonada qalıb, lakin onunla heç bir əlaqə olmayıb” - "Barselona"nın idman direktoru deyib.