"Barselona"nın futbolçularına suya qənaət məqsədilə stadionda və klubun bazasında duş qəbul etmək qadağan edilib.
Lent.az bildirir ki, bu barədə “Mundo Deportivo” xəbər verir.
Bu tədbirlərə səbəb Kataloniya hökumətinin bölgədəki şiddətli quraqlıq səbəbindən tətbiq etdiyi məhdudiyyətlər olub. Qeyd olunur ki, gələn həftədən idman zalları və idman mərkəzlərində duşlardan istifadə qadağan olunacaq. Bu fövqəladə tədbir istisnalara yol vermir və bütün peşəkar idman növlərinə, o cümlədən İspaniya çempionatında “Barselona” və lider “Jirona”nın oyunçularına təsir edəcək.
Bu məlumatı Kataloniyanın İqlim, ərzaq və kənd təsərrüfatı naziri David Maskort təsdiqləyib.
“Barsalena” oyunçuları Montjuïkdakı stadionda və Ciutat Esportiva məşq mərkəzində su istifadə edirlər. Klub qazonu sulamaq üçün istifadə etdiyi suyu kompensasiya etməli və duş üçün suya qənaət etməlidir. Bütün bu obyektlər çoxlu su sərf edir və onun istehlakını azaltmağa borcludurlar. Meydançaların ot örtüklərini suvarmağa davam etmək istəsələr, istehlaklarını daha da kompensasiya etməli olacaqlar”, - nazir vurğulayıb.
Beləliklə, "Barselona"nın futbolçuları "Kamp Nou"da təmir işləri ilə əlaqədar komandanın köçdüyü Montjuïkdakı Lluis Companys Olimpiya stadionunda məşq və oyunlardan sonra evdə duş qəbul etməli olacaqlar.