Futbol üzrə İspaniya çempionatının 34-cü turunun matçında "Barselona" "Espanyol"la qarşılaşıb.
Lent.az xəbər verir ki, Kornella El Prat stadionunda keçirilən oyun Barsanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaliblər sırasında Robert Levandovski (11-ci və 40-cı), Aleks Balde (20-ci) və Jül Kunde (53-cü) qol vurub.
"Barselona" bu qələbə sayəsində 85 xal toplayıb və rəqibləri üçün əlçatmaz olub. Kataloniya klubu vaxtından əvvəl İspaniya çempionu olub.