"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"sını ürəyinin klubu adlandırıb.
Lent.az xarici mediaya istinadən xatırladır ki, ispaniyalı mütəxəssis FİFA-nın versiyasına görə 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.
“Barselona” mənim ürəyimin klubudur. Mənə qiymətli şeylər, hər şeyi veriblər. Bu mənim həyatımın bir hissəsidir. “Mançester Siti”yə gəlincə, bu klub çox adamın əməyi sayəsində böyüdü. "Siti" ilə üçqat qələbə bizim hamımız üçün xüsusi bir məqamdır", - Qvardiola vurğulayıb.
Qvardiola məşqçilik karyerasına “Barselona”da başlayıb. Xosep 2016-cı ildə "Mançester Siti"yə rəhbərlik edir, keçən mövsüm onun rəhbərliyi altında “şəhərlilər” İngiltərə çempionatının, ölkə kubokunun və Çempionlar Liqasının qalibi olub.