“Barselona” əfsanəvi futbolçuları ilə vidalaşdı - VİDEO
29 may 2023 17:35 (UTC +04:00)

“Barselona” əfsanəvi futbolçuları ilə vidalaşdı - VİDEO

“Barselona” əfsanələri Serxio Buskets və Xordi Alba ilə rəsmən vidalaşıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mərasim “Malyorka” ilə çempionat oyunundan (3:0) dərhal sonra “Nou Kamp”da keçirilib.

Hər iki futbolçu üçün bu qarşılaşma kataloniyalıların doğma stadionunda sonuncu olub. Çünki çempionatın növbəti, 38-ci turundakı oyumn Viqoda yerli “Selta” ilə baş tuacaq.

Hər iki futbolçu “Malyorka” ilə matçda start heyətində yer alıb. Alba meydanda 80 dəqiqə, Buskets isə 85 dəqiqə keçirib.

Matçdan sonra azarkeşlər futbolçulara klubda keçirdikləri illərə görə alqışlarla təşəkkür edib, Buskets və Alba son sözlərini deyiblər. Onlar Serxio və Jordanı bir neçə dəfə göyə atan veteranlara və komanda yoldaşlarına təşəkkür ediblər. Bundan əlavə, onlara xatirə hədiyyələri və cari mövsümdə qazanılan kuboklar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4212
avatar

Oxşar yazılar