"Barselona" bir neçə ay  "Kamp Nou"suz qalacaq
15 iyul 2026 13:34 (UTC +04:00)

"Barselona" bir neçə ay "Kamp Nou"suz qalacaq

0

İspaniya çempionu "Barselona" dam örtüyünün tikintisi səbəbindən bir neçə ay müddətinə "Kamp Nou"nu tərk etmək məcburiyyətində qalacaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün ilk hissəsini “Moncuik” Olimpiya Stadionunda keçirəcək.

İşlərin 2027-ci ilin iyun ayında başlaması gözlənilir. Tikinti işlərinin təxminən dörd ay yarım çəkəcəyi gözlənilir.

"Barselona" İspaniya La Liqasının ilk turunda "Atletik Bilbao"nu qəbul edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar