Azərbaycanın idman gimnastı Nikita Simonov Türkiyənin Antalya şəhərində start götürən Avropa çempionatında finala vəsiqə qazanıb.
Lent.az xəbər, 27 yaşlı idmançı halqalarla hərəkətlərdə hakimlərdən 14.666 xal alıb.
Bu nəticə ilə təsnifat yarışlarını 6-cı pillədə tamamlayan Simonov həlledici mərhələyə yüksəlib.
Qeyd edək ki, qitə çempionatına aprelin 16-da yekun vurulacaq.