"Neftçi"nin sabiq futbolçusu Tallison Diasın məhkəməyə verilməsi barədə xəbər vermişdik.
Lent.az xəbər verir ki, buna səbəb futbolçunun vergi borcları ilə bağlıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya məhkəməsinə müraciət edərək Tallison Diaz barəsində tədbir görülməsini tələb edib.
Futbolçu apasport.az saytına “Vergi borcumun olması barədə bir şey bilmirəm”, deyə açıqlama verib.
Hazırda vətəni Braziliyada “Portuqeza”nın formasını geyinən 32 yaşlı müdafiəçi Azərbaycanda vergi borcları üzündən məhkəməyə verilməsinə münasibət bildirib: “Mən nə etmişəm ki? Kimisə öldürmüşəm? Düzü, sizlə danışınca bu barədə heç bir məlumatım yox idi”.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya məhkəməsinə müraciət edərək Dias barəsində tədbir görülməsini tələb etsə də, Tallisonun vergi borcundan xəbəri olmayıb: “Çünki bu vergi borcu barədə heç kim heç nə deməmişdi. O haqda heç məlumat da verməmişdilər”.
Qeyd edək ki, Tallison 2020-21-ci illərdə “Neftçi” klubunda oynayıb.