Canni de Byazi DÇ-2022-nin seçmə mərhələ oyunlarından sonra Azərbaycan millisini tərk edəcək.
Apasport.az saytının məlumatına görə, bu barədə iddianı İrlandiya mətbuatı ortaya atıb.
Seçmə mərhələ çərçivəsində bu gün üz-üzə gələcəkləri Azərbaycan yığmasını dəyərləndirən irlandlar italiyalı mütəxəssisin bu ilin sonunda yola salınacağını yazıb. Buna səbəb kimi isə de Byazinin Albaniya yığmasından fərqli, Azərbaycan millisində uğursuzluğa düçar olması göstərilib: “İtaliyalı çalışdırıcı Albaniya xalqının ona bəxş etdiyi sevgini Azərbaycanda görmədən oranı tərk edəcək. Çünki artıq səbirləri tükənməkdədir”.
Qeyd edək ki, seçmə mərhələnin ilk 3 oyunundan sonra xal üzünə həsrət qalan millimiz bu gün İrlandiya ilə səfərdə, sentyabrın 7-də isə Portuqaliya ilə evdə qarşılaşacaq.