Azarkeşlər "Real"ın hücumçusuna ölüm arzuladılar
16 may 2023 10:25 (UTC +04:00)

Azarkeşlər "Real"ın hücumçusuna ölüm arzuladılar

“Barselona”nın azarkeşləri komandanın İspaniya çempionatındakı qələbəsini qeyd edərkən “Real Madrid”in hücumçusuna qarğış ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, azarkeşlər qələbəni qeyd edən zaman “Vinisius, öl!” ifadəsini səsləndiriblər.

Qeyd edək ki, “Mavi qranat”ın azarkeşləri digər oyunlarda da oxşar şüar səsləndiriblər. Daha sonra La Liqa “Real Madrid”in hücumçusuna qarşı irqçi şüarlara görə Barselona məhkəməsinə şikayət edib.

Xatırladaq ki, bazar günü “Barselona” “Espanyol”u 4:2 hesabı ilə məğlub edərək İspaniya çempionu adını qazanıb. Bu, Xavi Hernandezin yetirmələrinə 85 xal toplamağa və vaxtından əvvəl titul qazanmağa imkan verib.

Bu, “Barselona”nın tarixində 27-ci liqa tituludur. “Real Madrid” isə 35 dəfə bu ada layiq olub.

“Mavi qranatlar” növbəti mərhələdə “Real Sosyedad” klubu ilə öz meydanında oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar