Azarkeşlər "Mançester Siti"nin  avtobusuna hücum etdilər
18 oktyabr 2022 16:41 (UTC +04:00)

Azarkeşlər "Mançester Siti"nin avtobusuna hücum etdilər

İngiltərə Premyer Liqasının Liverpulda keçirilən oyununda məğlubiyyətindən sonra azarkeşlər "Mançester Siti"nin futbolçularının avtobusuna hücum ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, şəhərlilər oktyabrın 16-da səfərdə  “Liverpul”a 0:1 hesabı ilə uduzublar. Daha sonra klubdan bildirilib ki, avtobus "Enfild" stadionundan çıxarkən ev sahiblərinin azarkeşləri ona müxtəlif əşyalar atmağa başlayıb və avtomobilin ön şüşəsini sındırıblar. Oyun zamanı onların “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya sikkə atdıqları bildirilir.

11 oyundan sonra "Mançester Siti" 23 xalla Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir. "Liverpul" 13 xalla səkkizinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar