Braziliya və Argentina milli komandaları arasında 2026-cı il dünya çempionatının seçmə mərhələsinin sonuncu oyununun startı tribunalardakı iğtişaşlar səbəbindən təxirə salınıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu iğtişaşlar zamanı argentinalılar tribuna otağına giriblər. Tunelə yaxınlaşarkən Braziliya yığmasının azarkeşləri Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Marianın üzərinə pivə töküblər. Buna cavab olaraq futbolçu yerindən atılaraq tribunalara tərəf tüpürüb.
Xatırladaq ki, iğtişaşlar səbəbindən DÇ-2026-nın seçmə mərhələsinin oyununun startı yarım saat təxirə salınıb. Tribunada azarkeşlərlə polis arasında toqquşma olub. Marakanadakı məğlubiyyət braziliyalılar üçün Dünya Çempionatına seçim çərçivəsində tarixdə ilk idi.
Argentina 63-cü dəqiqədə Nikolas Otamendinin qolu sayəsində qələbə qazanıb. Argentinalılar 6 görüşün nəticələrinə əsasən 15 xal toplayaraq 2026-cı ildə Cənubi Amerikada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin turnir cədvəlinə başçılıq edir. Braziliya altıncı yerdədir. “Seleçao”nun 7 xalı var.