Avropada ən yaxşı müadafiə  bu klubdadır
09 dekabr 2023 15:47 (UTC +04:00)

Avropada ən yaxşı müadafiə bu klubdadır

“Real Madrid”in müdafiəsi 2019/2020 mövsümündən bəri Avropa çempionatı klubları arasında ən yaxşısı olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu müddət ərzində komanda 167 matçda 129 qol buraxıb, hər oyuna orta hesabla 0,77 top düşür. “Atletiko” 166 oyunda buraxılan 141 qolla ikinci yerdədir – 0,84. Üçüncü yerdə 155 matçda 139 buraxdığı qolla PSJ qərarlaşıb – 0,89.

“Real” bu mövsüm keçirdiyi 15 matçda 9 qol buraxıb ki, bu da klubun tarixinin ən yaxşısıdır.

Bundan əvvəl ən yaxşı nəticə Zinəddin Zidanın rəhbərliyi altında 2019/2020 mövsümündə 15 matçda 11 qol olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7545
avatar

Oxşar yazılar