Avropa Liqasında 2022/23 mövsümünün son püşkatma mərasimi keçirilib.
Lent.az-ın xəbərinə görə, püşaktma İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutub.
Qitənin ikinci dərəcəli klub turnirində 1/4, 1/2 final və finalın püşkatması da baş tutub. Mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib. Ardınca yarımfinalda üz-üzə gələcək cütlər və finalın nominal meydan sahibi bəlli olub.
Final oyunu Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Avropa Liqası
1/4 final (13 və 20 aprel)
1. “Mançester Yunayted” (İngiltərə) - “Sevilya” (İspaniya)
2. “Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya)
3. “Bayer” (Almaniya) - “Union” (Belçika)
4. “Feyenoord” (Niderland) - “Roma” (İtaliya)
1/2 final (11 və 18 may)
1. 2-ci cütün qalibi - 1-ci cütün qalibi
2. 4-cü cütün qalibi - 3-cü cütün qalibi
Final (31 may, Budapeşt, Macarıstan)
1-ci cütün qalibi - 2-ci cütün qalibi