Avropa çempionatında  oynaya bilməyəcək
23 aprel 2024 18:47 (UTC +04:00)

Avropa çempionatında oynaya bilməyəcək

"Bavariya"nın və Fransa millisinin hücumçusu Kinqsli Koman Avropa çempionatını buraxacaq.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 27 yaşlı futbolçu Bundesliqanın 29-cu turunun "Köln"lə oyununda (2:0) dizindən zədə alıb. Kinqsli Komanın iyunun 14-dək bərpa olunmayacağı bildirilir.

Bu mövsüm Koman "Bavariya"nın heyətində 27 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3018
avatar

Oxşar yazılar