“Mançester Yunayted”in keçmiş qapıçısı David De Xea Ərəbistan təmsilçisi “Əl-Nəsr”ın təklifini rədd edib.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, qeyd olunur ki, qapıçıya həftəlik 570 min avro alacağı müqavilə təklif olunub.
İmtina səbəbi futbolçunun Yaxın Şərqə köçmək istəməyən həyat yoldaşı olub.
"Mançester Yunayted"lə müqaviləsi yayda başa çatan ispaniyalı hazırda azad agent statusundadır.