"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın bu mövsüm Premyer Liqa çempionluğunu niyə qazana bilmədiyini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Arteta bəzi həlledici oyunlarda itirilən xallardan danışıb:
“Liverpul”da səfərdə 2-0 irəlidəsən və 90-cı dəqiqədə oyun heç-heçə ilə bitir. “Vest Hem”lə oyun başlayandan 20-ci dəqiqə sonra 2:0 irəlidəsən və meydançada üstünlük təşkil edən tərəf kimi penaltini qaçırırsan…
Bu oyunlarda qalib gəlmək lazımdır. Sonra “Sauthempton”la oyunumuz var və siz sadəcə iki qol buraxırsınız və dağa qalxmalısınız. Sonda qalib gələ bilərdik, amma 3-3 hesablı heç-heçə ilə yekunlaşdıq. Beləliklə, "Siti" ilə növbəti oyun həlledici oldu.
Düzünü desəm, onlar bizdən qat-qat üstün idilər. “Real”a qarşı oyunu növbəti səviyyəyə qaldırdılar və belə oynayanda vay kimi olur. Biz onlara çata bilmədik. Bu, psixoloji baxımdan bizə çox baha başa gəldi.
Geriyə baxsaq, “Liverpul”, “Vest Hem” və “Sauthempton”u məğlub etsəydik, yenə də ikinci yerdə ola bilərdik. Sonda onları məğlub etməlisən, çünki belə olsa, bizim altı xal daha çox olardı, “Siti”nin isə altı xal az olardı”, - Arteta vurğulayıb.