UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Lent.az xəbər verir ki, A, B, C, D qruplarında qarşılaşmalar başa çatıb.
A qrupunda Almaniyanın “Bavariya” klubu Danimarka təmsilçi “Kopenhagen”i sınağa çəkib.
Matçda hesab açılmayıb.
Bu nəticədən sonra “Bavariya” qrupda 13 xalla lider, “Kopenhagen” isə 5 xalla ikicidir. Türkiyənin “Qalatasaray” klubu da eyni xala malik olaraq 3-cü, “Mançestr Yunayted” isə bir xal az toplayaraq sonuncudur.
B qrupunda “Arsenal” (İngiltərə) - “Lans” (Fransa) qarşılaşması baş tutub.
Londondakı “Emirates” stadionunda keçirilən oyunda rəqibini 5:0 hesabı ilə darmadağın edən topçular 1/8 finala yüksəlib.
Cədvəldə 12 xalla birinci olan “Arsenal”ı PSV izləyir. Niderland təmsilçisi 8 xalla ikinci pillədə qərarlaşıb. Fransanın “Lens” komandası 5 xalla üçüncü, İspaniya “Sevilya”sı isə 2 xalla sonuncudur.
Gecənin digər oyunu C qrupunda “Braqa” (Portuqaliya) - “Union” (Berlin, Almaniya) komandaları arasında keçirilib.
“Estadio Municipal de Braga” stadionundakı qarşılaşmada tərəflər hərəyə bir qol vuraraq heç-heçəyə imza atıblar.
Maraqla gözlənilən qarşılaşmalardan biri sayılan “Real” (İspaniya) - “Napoli” (İtaliya) oyununda azrkeşlər altı qol görüb. İspanlar bu oyunda italyanlara vaxtından əvvəl 1/8 finala çıxmağa imkan verməyib.
Bu nəticədən sonra “Real” 15 xalla qrupa başçılıq edir. “Napoli” 7 xalla ikinci, “Braqa” 4 xalla 3-cü, “Union” isə 2 xalla sonuncudur.
D qrupunda isə “Benfika” (Portuqaliya) - “İnter” (İtaliya) münasibətlərinə aydınlıq gətirib.
Bol qollu keçən oyunda qalib müəyyənləşməyib.
Qrupun son oyununda isə “Real Sosyedad” (İspaniya) - “Zaltsburq” (Avstriya) matçı keçirilib. Bu matç digərindən çox fərqlənib. Oyunda qol səsi çıxmayıb.
Beləliklə bu nəticələrdən sonra D qrupuna 11 xalla “Real Sosyedad” başçılıq edir. Onunla eyni xala malik “İnter” ikinci, “Zaltsburq” 4 xalla üçncü, “Benfika” isə 1 xalla sonuncudur.
Qeyd edək ki, sonuncu turun matçları dekabrın 12-13-də keçiriləcək.