“Arsenal” onu PSJ-yə satmayacaq
31 may 2023 11:39 (UTC +04:00)

“Arsenal” onu PSJ-yə satmayacaq

"Arsenal" yarımmüdafiəçisi Martin Edeqoru PSJy-ə satmaq istəmir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, komanda rəhbərliyi yay transfer pəncərəsində liderlərini satmamaq qərarına gəlib.

24 yaşlı norveçli 2021-ci ilin avqustundan "Arsenal"da çıxış edir. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

2022/23 mövsümündə Edeqor 45 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Portal “Transfermarkt” oyunçunu 80 milyon avro qiymətləndirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar