Leverkuzen "Bayer"inin rəhbərliyi "Liverpul"un ispan mütəxəssisin xidmətində maraqlı olmasına baxmayaraq, "əczaçılar"ın baş məşqçisi Xabi Alonsonun klubdakı gələcəyinə nikbin yanaşır.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Florian Plettenberq məlumat verib.
Mənbənin məlumatına görə, klub hesab edir ki, almaniyalı mütəxəssis Yurgen Kloppun istefası ilə əlaqədar komandanın baş məşqçi postu orada boş qaldıqdan sonra Alonso gələn yayda “Liverpul”a getməyəcək. “Bayer”in Alonsonun klubda qalacağına dair nikbinliyi ispaniyalının hazırda gələn mövsüm üçün heyətin planlaşdırılmasında tam iştirak etməsi ilə bağlıdır.
Xatırladaq ki, Klopp yanvarın 26-da bu mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb.