"Milan"ın futbol şöbəsinin rəhbəri Zvonimir Boban istefaya göndərilir.
Klubun rəhbəri artıq bu barədə Bobanı məlumatlanıdırıb. Belə bir qərarın verilməsinə onun mediadakı tənqidi çıxışları səbəb olub.
Eyni zamanda klubun idman direktoru Paolo Maldinin də "Milan"dakı gələcəyi şübhə altındadır. Onun mövsümün sonunadək klubda qalıb, daha sonra isə ayrılması ehtimalı var.
Qeyd edək ki, bundan əvvəl Boban və Maldinin klubdan ayrılacağı təqdirdə Zlatan İbrahimoviç və Canluici Donnarummanın da "Milan"ı tərk edəcəyi bildirilmişdi. / qol.az