Güllə atıcımız Polşada qızıl medal qazandı
30 noyabr 2020 10:32 (UTC +04:00)

Güllə atıcımız Polşada qızıl medal qazandı

0

Azərbaycan atıcısı Ruslan Lunyov növbəti uğuruna imza atıb.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz Polşanın Belostok şəhərində təşkil olunan “Polish Open Kaliber” turnirində fərqlənib.

Güllə atıcımız 10 metr məsafədən atəş açmaqda uğura imza atıb. 241,7 nəticə göstərən Lunyov qızıl medala yiyələnib.

Həm kişi, həm qadınların iştirak etdiyi yarışda digər təmsilçimiz Nigar Nəsirova 196,6 xalla 4-cü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1189

Oxşar yazılar