Formula 1 Azərbaycan Grand Prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır.
APA-nın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi
Səmayə Məmmədova bildirib.
S. Məmmədova Bakıda keçirilməsi nəzərdə tutulan cüdo üzrə Böyük Dəbilqə turnirinin və karate üzrə böyüklər arasında Avropa Çempionatının təxirə salınması ilə bağlı da müzakirələrin aparıldığını deyib.