9 il həbs cəzası verilib: Robinyonun həbsxana həyatından  TƏFƏRRÜATLAR
22 iyun 2024 17:48 (UTC +04:00)

9 il həbs cəzası verilib: Robinyonun həbsxana həyatından TƏFƏRRÜATLAR

Bir müddət Türkiyədə də çıxış edən keçmiş braziliyalı futbolçu Robinyo cinsi təcavüzə görə 9 il həbs cəzası alıb. Robinyonun vəkili braziliyalının həbsxana günləri ilə bağlı açıqlamalar verib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 40 yaşlı braziliyalı keçmiş futbolçu Robinyo zorlama ittihamları səbəbilə Braziliyada çəkdiyi həbs cəzasına uyğunlaşmağa çalışır.

"The Sun" qəzeti Robinyonun həbsxanada 600 saatlıq əsas elektronika kursu keçdiyini yazıb.

Bildirilib ki, bu kurs məhbuslara gələcək azadlığa hazırlaşmaq üçün yeni bacarıqlar öyrətmək üçün Braziliya Universal İnstitutunun hazırladığı həbsxana işi proqramının bir hissəsidir.

Robinyonun vəkili Mario Rosso Vale deyib: "Onun xoşuna gəlib-gəlmədiyini söyləmək çətindir, lakin bu, ona vaxt keçirməyə kömək edir".

Braziliya millisində 100 dəfə oynayan və karyerası boyunca 70 milyon avrodan çox qazanan Robinyo bu kursdan sonra həbsxanada televizor, radio və digər cihazları təmir edə biləcək.

Robinyonun vəkili Mario Rosso Vale açıqlamasında keçmiş futbolçunun mart ayında həbs olunduğundan bəri ümunəvi nməhbus olduğunu təsdiqləyib və deyib:

"Robinyo başını aşağı salmır və sakit şəkildə davam edir. O, nümunəvi məhbusdur və heç vaxt digər məhbuslarla problemi olmayıb".

Vəkil izah edib ki, Robinyoya həbsxanada keçirilən kiçik oyunlarda iştirak edə bilmək üçün bir neçə futbol ayaqqabısı verilib.

Bütün karyerası boyunca; “Santos”, “Real”, “Mançester Siti”, “Milan”, “Quançjou Everqrande”, “Atletiko Mineyro”, “Sivasspor” və “Başakşehir” kimi klublarda forma geyinən braziliyalı futbolçu 2013-cü ildə Milanda “kütləvi zorlama” törətdiyi üçün 9 il həbs cəzası alıb.

Robinyonun dostu Kleytino deyib: "Qrup seks partisi etdik və bunu hamının razılığı ilə etdik. Təcavüzkarlar həbsxanalarda çürüməlidir, amma Robinyo təcavüzkar deyil".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3072
avatar

Oxşar yazılar