Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Apasport.az saytının məlumatına görə, 87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov ilk döyüşünü qələbə ilə başa vurub.
O, 1/16 finalda Manuel Polletə (Belçika) qalib gəlib – 2:0. Süleymanov 1/8 finalda Maykl Rodrigeslə (ABŞ) gücünü yoxlayacaq.
Qeyd edək ki, Süleymanovdan öncə Əliəskər Əliyev (80 kq) və Patimat Abakarova (49 kq) da 1/8 finala vəsiqə əldə edib.