25 yaşa qədər ən çox qazanan idmançılar - SİYAHI
17 may 2023 10:39 (UTC +04:00)

25 yaşa qədər ən çox qazanan idmançılar - SİYAHI

“Forbes” jurnalı 25 yaşa qədər dünyanın ən çox qazanan beş idmançısının siyahısını açıqlayıb.

Lent.az xəbər verir ki, siyahıya PSJ və Fransa yığmasının futbolçusu Kilian Mbappe başçılıq edir. Nəşrin məlumatına görə, 24 yaşlı hücumçu ildə təxminən 110 milyon avro qazanır.

“Arizona Cardinals”ın yarımmüdafiəçisi Kayler Murray ildə 64 milyon avro qazancla ikinci yerdədir.

İlk üçlüyü ikiqat “Formula 1” çempionu holland Maks Ferstappen bağlayır - 58 milyon.

Siyahıda daha sonra norveçli futbolçu “Mançester Siti” Erlinq Haaland – 47 milyon və “Dallas Mavericks” klubunun sloveniyalı basketbolçusu Luka Donçiç gəlir – 42 milyon.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar