21 yaşlı futbolçu  oyundan sonra   öldü
06 mart 2023 19:57 (UTC +04:00)

21 yaşlı futbolçu oyundan sonra öldü

"Racinq Abidjan" klubunun futbolçusu Silla Mustafa Fil Dişi Sahili Liqa 1-in 20-ci turunda SOL ilə oyundan sonra dünyasını dəyişib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, idmançının görüş zamanı halı pisləşib və huşunu itirib. Klub prezidenti Loqossina Sisse Mustafanın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyini bildirib. Onun 21 yaşı var idi. Səbəb infarkt ola biləcəyi qeyd edilir.

Hadisədən sonra məşhur keçmiş Kot-Divuarlı futbolçu Didye Droqba “Twitter” hesabında yerli liqanı tənqid edib. Onun fikrincə, ölkədə idman təbabəti işləmir.

Mustafa 2022-ci ilin sentyabrında “Racinq Abidjan”a keçib. 20 oyundan sonra komanda Kot-d'İvuar Liqa 1 turnir cədvəlində yeddinci yerdədir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar