"Barselona"nın baş məşqçisi Xavi qarşıdan gələn 2024-cü il üçün arzusundan danışıb.
“2024-cü il və klubun 125 illik yubileyi üçün arzum bütün kluba, xüsusən də futbolda sağlamlıq, əmin-amanlıq və idman uğurlarıdır. Ümid edirəm ki, bunun üçün çalışacağıq. İdman baxımından mümkün qədər çox titul qazanmaq istəyirik. Düzdür, keçən il yaxşı mövsüm keçirdik, amma təbii ki, builki hədəflər qüvvədə qalır. Arzu edirəm ki, 2024-cü il də ən azı 2023-cü il qədər yaxşı olsun”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Xavi X sosial şəbəkəsində (keçmiş “Twitter”) bildirib.
İspaniya çempionatının 18 turundan sonra Kataloniya klubu 38 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. “Real” əlavə göstəricilərdə "Jirona"nı qabaqlayaraq 45 xalla birinci yerdədir.
Xatırladaq ki, 2022/2023 mövsümündə Xavinin rəhbərliyi altında “Barselona” İspaniya çempionu olmaqla yanaşı, ölkə Superkubokunun qalibi də olub.