Dortmund "Borussiya"sının türk əsilli yarımmüdafiəçisi Emre Can 2023-cü ilin ən yaxşı alman futbolçusu olmağa yaxındır.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə məşhur jurnalist və insayder Florian Plettenberq X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Mənbənin sözlərinə görə, Can mükafat uğrunda mübarizədə ən yaxın rəqiblərini xeyli qabaqlayır - ən yaxşı oyunçunun müəyyənləşdirilməsi üçün səsvermədə iştirak edən istifadəçilərin 64,7 faizi Əmrəyə səs verib. Qeyd edək ki, bu mövsüm “Borrusiya”nın 30 yaşlı yarımmüdafiəçisi Bundesliqada 13 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Futbolçunun "Borussiya" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir. Nüfuzlu “Transfermarkt” onlayn portalı alman yarımmüdafiəçinin bazar dəyərini 12 milyon avro qiymətləndirir.