“Vitebsk”in 20 yaşlı futbolçusu Kelvin Odeniqbo göldə batıb.
Lent.az Belarus mediasına istinadla bildirir ki, faciə Novoselki kəndindəki Ağ göldə baş verib. Hadisə ilə bağlı əlavə məlumat verilmir.
Nigeriyalı hücumçu Belarusda icarə əsasında oynayırdı. Bu mövsüm Vitebsk klubunda 4 oyunda meydana çıxmışdı və bir məhsuldar qol ötürməsi vermişdi.
“Vitebsk” ölkə çempionatında 6-cı sıradadır.