"Mançester Yunayted"in hücumçusu Markus Reşford İngiltərə Premyer Liqasının 21-ci turunun oyununda "Tottenhem"ə vurduğu qol bu mövsüm "qırmızı şeytanlar"ın ev arenasında ilk olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hücumçu bütün yarışları nəzərə alsaq, “Old Trafford”da 14 oyun keçirib və qol vurana qədər rəqib qapısına 34 zərbə endirib.
Xatırladaq ki, ingilis forvard yanvarın 14-ü baş tutan oyunun 40-cı dəqiqəsində mankunianları hesabda irəli çıxarıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
İngiltərə Premyer Liqasının 21 turundan sonra "Mançester Yunayted" 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Növbəti daxili çempionat oyununda Erik ten Haqın komandası səfərdə “Vulverhempton”la qarşılaşacaq. Oyun fevralın 1-də baş tutacaq.