Qarşıdakı iki transfer pəncərəsində 13 futbolçu “Mançester Yunayted”i tərk edə bilər.
Lent.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. Bildirilir ki, “Şeytanlar”ın baş məşqçisi Erik ten Haq komandanın yenidən qurulmasını və siyahının təmizlənməsini davam etdirmək niyyətindədir. Müxtəlif səbəblərdən klubu tərk etməyə əsas namizədlər Ceydon Sanço, Meyson Qrinvud, Donni van de Bek və Entoni Martialdır.
53 yaşlı mütəxəssisin rəhbərliyi zamanı hücumçu Kriştiano Ronaldo və qapıçı David de Xea da komandanı tərk edib.
Ten Haq 2022-ci ilin iyulundan “Mançester”ə rəhbərlik edir. Onun baş məşqçiliyi zamanı komanda 2022/2023 mövsümündə 75 xalla İngiltərə çempionatında üçüncü yeri tutub.
Bu mövsüm 12 matçdan sonra “Yunayted” 21 xalla Premyer Liqada altıncıdır. Çempionata “Mançester Siti” başçılıq edir (28 xal).
Növbəti turda “Mançester Yunayted” səfərdə “Everton”la qarşılaşacaq. “Goodison Park”dakı görüş noyabrın 26-da baş tutacaq.