Olimpiada-2012: Azərbaycanın daha 2 boksçusu ¼ finalda!
Lent.az-ın məlumatına görə, bunlar Məhəmməd Əbdülhəmidov və Teymur Məmmədovdur.
Hər iki idmançımız ¼ finala vəsiqə qazanıb. Əbdülhəmidov 1/8 finalda yaponiyalı Satoşi Şimizunu məğlubiyyətə uğradıb – 22:17. İlk iki raund boksçumuzun aşkar üstünlüyü şəraitində keçib. İlk raunddan 4:2 hesablı qələbə ilə ayrılan təmsilçimiz növbəti raundda fərqi daha da artırıb – 8:3. O, Şimizunu 2 dəfə noqdauna da salıb. Lakin sonuncu raundda boksçumuzda yorğunluq açıq-aşkar özünü büruzə verməyə başlayıb. Bununla belə, idmançımız özünü noqdaundan qorumağı bacarıb və hesabın böyük olmasına imkan verməyib – 10:12. Nəticədə Əbdülhəmidov növbəti mərhələyə yüksəlib. Onun ¼ finalda rəqibi əlcəzairli Məhəmməd Amin Udahi olacaq. Döyüş avqustun 5-də baş tutacaq.
Məmmədov isə avstraliyalı Jay Tapu Operayaya minimal fərqlə qalib gəlib – 12:11. İlk iki raund bərabər səviyyədə keçib. Əvvəlcə 5:5, sonra isə 4:4 hesablı heç-heçə qeydə alınıb. Sonuncu raundda isə daha fəal təsir bağışlayan boksçumuz üstünlüyə nail olub – 3:2. Məmmədovun ¼ finalda rəqibi belaruslu Sergey Korneyev olacaq. Bu döyüş də avqustun 5-də keçiriləcək.
Qeyd edək ki, daha öncə boksçularımızdan Soltan Migitinov (75 kq) 1/8 finala, Məhəmmədrəsul Məcidov (+91 kq) ¼ finala yüksəlib. Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) isə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24