Zepp Blatter: “Hakimlər də peşəkarlaşmalıdırlar” - MÜSAHİBƏ
- 2011-ci il FİFA üçün “Qızıl top” gecəsi ilə başlayır. 3 namizəd – Andres İnyesta, Lionel Messi və Xavi haqda hansı fikirdəsiniz?
- 2010-cu il Dünya Kuboku ilə əlamətdar olub. 3 namizəddən 2-sinin dünya çempionu İspaniya yığmasının oyunçuları olması təəccüblü deyil. Argentinalı Lionel Messiyə gəldikdə, onun müstəsna xidmətlərə malik futbolçu olduğunu heç kim inkar edə bilməz. İspaniya millisinin baş məşqçisi Visente del Boske isə ilin məşqçisi adına 3 namizəddən biridir.
- Adətən, Braziliyadan bir neçə namizəd olurdu. Bu dəfə braziliyalı futbolçuların namizədlər siyahısında yer almamasını nə ilə əlaqələndirərdiniz?
- FİFA/FİFpro mükafatına namizədlər siyahısında bir neçə braziliyalı var. Amma onlar əsasən müdafiəçidirlər. Ola bilsin, bu bir qədər təəccüblüdür. Lakin əslində Braziliya millisinin dünya çempionatına yanaşmasını özündə əks etdirir. Pentakampeonların Avropa komandalarında Julio Sezar, Maykon, Lusiu, Juan və Mişel Bastos kimi arxa xətt oyunçuları çıxış edir.
- “Qızıl top”a hər üç namizəd boyca balacadırlar. Sizcə, bu, nəyi deyir?
- Onu deyir ki, istənilən şəxs futbol oynaya bilər. Bunun üçün böyük və güclü insan olmağınız mütləq deyil. Bu, həmişə belə olub. Məsələn, Herd Müller, Uve Zeeler, Dieqo Maradona, Jan-Pyer Papen kimi hücumçular o qədər də ucaboy olmayıblar.
- 2010-cu il dünya çempionatı hələ də yaddaşlarda köhnəlməyib. Lakin artıq üfüqdə 2014-cü il Mundialı görünür...
- Bəli. Növbəti dünya çempionatına 3 ildən bir qədər artıq vaxt qalıb. Braziliyada keçiriləcək Mundialın seçmə mərhələsinin püşkü iyulun 30-da atılacaq. Qarşıdakı müddətdə infrastruktur anlamında çoxlu iş görmək lazımdır. Ona görə də vaxt itirə bilmərik.
- Növbəti dünya çempionatının Braziliyada keçirilməsi futbolun öz evinə qayıtması anlamına gəlmir?
- Çox şadam ki, 1978-ci ildən sonra ilk dəfə Mundial Cənubi Amerikada keçiriləcək. Həmin vaxt 16 komanda oynayırdısa, indi onların sayı 32-dir. Digər tərəfdən, o dövrdən bəri çempionat yeni ölçü vahidi ilə keçirilir. Amma harada keçirilməsindən asılı olmayaraq, televiziya və marketinq tərəfdaşlarımız bizimlə birgə olacaqlar.
- Siz əvvəllər dünya çempionatının sosial rolunu vurğulamısınız. Braziliyadakı Mundial özündə məhz hansı məqamları ehtiva edəcək?
- Braziliyada məqsədimiz əyalətdə də infrastrukturun yaradılmasından ibarət olacaq. Rio-de-Janeyro və San-Pauluda çoxlu əhali yaşayır. Lakin növbəti dünya çempionatında ölkənin şimalındakı Amazoniya ştatında Manaus şəhərinə də gedəcəyik. Bu, yeni və çoxmillətli, 200 milyon nəfər əhaliyə malik, amma kasıb ölkədir. Bununla belə, şübhə etmirəm ki, dünya çempionatı onlara bu mənada kömək edəcək.
- 2014-cü il dünya çempionatı bir tərəfə. 2011-ci il gərgin işlər vəd edir...
- Bu il 4 müxtəlif konfederasiyada yarışlar var: KONKAKAF-ın Qızıl Kuboku, Qətərdə Asiya Kuboku, Cənubi Amerikada “Copa America” və Afrika Millətlər Kuboku. Eyni zamanda 5 dünya çempionatı keçirməliyik. Bunlar qadınlar arasında dünya çempionatı, çimərlik futbolu üzrə Dünya Kuboku, U-17, U-20 və klublararası dünya çempionatlarıdır. Beləliklə, biz il ərzində çoxlu maraqlı futbol yarışları görəcəyik.
- Almaniyada keçiriləcək qadın futbolu üzrə dünya çempionatı təqvimdə mühüm hadisə sayılır. Bu turnirdən nə gözləyirsiniz?
- Fikrimcə, bu turnirin Avropanın ürəyində və qadın futbolunun güclü inkişaf etdiyi ölkədə keçirilməsi vacib məqamdır. Qadın futbolunda maliyyə baxımından uğur əldə etmək üçün çalışırıq. Deyəsən, insanlar buna inanmırlar. Lakin Almaniya yaxşı turnir keçirməklə bu fikirləri dəyişə bilər. Ən vacib məqam isə stadionların dolu olacağı ilə bağlıdır. Berlində keçiriləcək açılış oyununda 50 min nəfərin iştirakı gözlənilir ki, bu da böyük nailiyyətdir.
- Niyə qadın futbolunu bir sıra ölkələrdə irəli aparmaq mümkün olmayıb?
- Gənc qadınlar futbol oynamağa xeyli həvəsli olurlar. Bu elə bir növdür ki, hamı oynaya bilər. Lakin qadınlar müəyyən yaşa və ya səviyyəyə çatanda oynamaqda çətinlik çəkirlər. Bununla belə, texniki baxımdan xeyli artım var. Məsələn, 17 yaşlılar arasında dünya çempionatının finalında Yaponiya və Cənubi Koreyanın üz-üzə gəlməsi bir standartdır.
- Yaxın aylarda bir sıra böyük məsələlər həllini tapacaq. Bunlardan bəziləri 2014-cü il dünya çempionatı ilə bağlıdır. Məqsəd nədən ibarətdir?
- Məqsəd odur ki, turnirə qiymət verək və oyunun təşkili üsulunu müəyyənləşdirək. İcazə verin, sizə bir neçə misal çəkim. Hazırda qələbəyə görə 3, heç-heçə üçün 1 xal verilir. Biz bunun yaxşı və ya pis olduğunu müzakirə edərək qərar çıxarmalıyıq. Oyun heç-heçə ilə nəticələnirsə, əlavə vaxt yeganə variantdırmı? Əlavə vaxt olacaqsa, onu oyunun sonlarındamı tətbiq etməliyik? Yenidən “qızıl top”a qayıtmağa gərək varmı? Bəziləri bu qaydadan yararlanır, bəziləri isə yox. Turnirlə bağlı baxılası və müzakirə ediləsi çoxlu məsələ var.
- Daha hansı məsələlər müzakirə olunacaq?
- Başqa bir böyük problem təqvimlə bağlıdır. Fikrimcə, UEFA prezidenti Mişel Platini də mənimlə razıdır. Daxili çempionatlar çox uzun çəkir. Çünki çoxlu komanda və çoxlu üst-üstə düşmələr var. 20 komandalı çempionatda 38 oyun keçirilir. Üstəlik, ölkə kuboku və Liqa Kuboku da təşkil olunur. Bunlar isə milli komandalar və klubların maraqlarında konfliktlər yaradır. Bir çox klub oyunçularının yığmadan yorğun və zədəli qayıtmalarından şikayətlənir. Bu, beynəlxalq təqvimin günahı deyil. Məsələ müzakirə olunmalıdır.
- Son zamanlar hakimliklə bağlı çoxlu tənqidlər səsləndirilir. Tədbir görmək üçün hansı addımların atılmasını zəruri sayırsınız?
- Bizim bu məsələdə çox dəqiq hədəflərimiz var: 2014-cü il dünya çempionatının oyunlarını yalnız peşəkar hakimlər idarə etməlidirlər. Biz bu məqsədə çatmalıyıq. Məşqçilər də, oyunçular da peşəkardırlar, nəyə görə hakimlər də peşəkarlaşmamalıdırlar? Bəziləri deyir ki, hakimlərə vermək üçün kifayət qədər pulları yoxdur. Lakin peşəkar liqalarda pis pul ödəmirlər.
- Gənc futbolçular üçün təqvim də müzakirə mövzusu olacaq?
- Fikrimcə, gənclər arasında turnirlərin təqvimi də beynəlxalq təqvimlə uyğunlaşdırılmalıdır. Bu, elə eyni prinsip üzrə aparılmalıdır. Olimpiya miqyaslı turnirlərə gəldikdə, 2016-cı ilədək belə bir qayda müəyyənləşdirmişik: Olimpiadaya 23 yaşadək futbolçular və arzu edəcəkləri təqdirdə, 3 böyük oyunçu yollanmalıdır. 23 yaşadək futbolçular öz klublarından azad edilməlidirlər.

791