Azərbaycan millisinin baş məşqçisi maddi çətinlik içində yaşayır – CANLI ƏFSANƏ
Özü dünya miqyaslı uğurlara imza ata bilməyib. Amma dünya şöhrətli şahmatçıların yetişməsində az rol oynamayıb. Bu, şahmat üzrə milli komandalarımızın baş məşqçisi Fikrət Sideifzadədir.
Sideifzadəni Lent.az-ın “Canlı əfsanə” layihəsi üçün danışdırdıq. Özü də çox sevdiyi şahmat taxtası arxasında...
Damadan şahmata keçid
1952-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşam. Yaxınlığımızda 97 saylı orta məktəb var idi. Həmin məktəbdə təhsil almışam. Şahmata gəlişim isə belə olub: Uşaqlıq dövrümdə ikən kəndimizdə dama növü çox dəbdə idi. Qardaşlarım, yaxın qohumlarımın hamısı bir məhəllədə dama oynayırdı. Bu növ üzrə yarışlar da keçirilirdi. Günlərin bir günündə böyük qardaşımı şahmat taxtası arxasında gördüm. Fiqurların düzülüşü mənə qəribə gəldi. Belə bir maraqlı oyun məni cəlb etdi. Elə o gündən şahmatla tanışlığım başladı. Həmin vaxt 6 yaşın içində idim. Beləliklə, damanı buraxdım və şahmat oynamağa başladım. Bir neçə dəfə məktəblilərin yarışına qatıldım. Sonradan rayonlararası və Bakı çempionatlarında qüvvəmi sınadım. Ümumiyyətlə, ətrafımdakı insanlarla şahmat oynayırdım və get-gedə qüvvələr fərqi hiss olunurdu. Artıq məni harasa aparmaq lazım idi. İlk dəfə 1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində şəhərə gəldim və şahmatla məşğuliyyətimi keçmiş Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi – red.) davam etdirdim. Sarayda yarışlar olurdu, iştirak edirdim. Amma o vaxtlar şahmat həyatı çox kasad idi. Əlimizə 2-3 kitab düşürdü. Onların vasitəsilə şahmatla məşğul olurduq. Demək olar ki, məşqçi anlayışı yox idi. Hamısı özbaşına buraxılmış formada idi. Bakıda keçirilən yarışlar da çox az olurdu. Adətən, təsnifat turnirləri, Bakı çempionatı, Azərbaycan çempionatından ibarət idi. Bunlardan əlavə heç bir yarış olmurdu. 14 yaşımda Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının heyətinə düşdüm. Hətta bir dəfə Moskvada I dərəcəli gənc şahmatçıların təlim-məşq toplantısına aparıldım. Həmin toplanışa hər müttəfiq respublikadan 1 nümayəndə gəlirdi. Azərbaycandan ora yalnız mən getdim. Hazırlıq prosesinə qrossmeyster Yevgeni Vasyukov rəhbərlik edirdi. Bu, Azərbaycandan kənara ilk çıxışım olduğu üçün maraqlı idi. 1966-cı ildə Rusiyanın Vladimir şəhərində keçirilən turnirdə Azərbaycan yığma komandasının üzvü kimi iştirak etdim. Sonradan daha üç il məktəblilərdən ibarət yığma ilə birgə müxtəlif yarışlarda iştirak edə bildim.
“İndi hər şey sadələşib”
Ardından böyük şahmat yarışları başladı. O vaxtlar turnirlər az olsa da, iştirakçıları çox idi. Kişilər arasında Bakı çempionatına xeyli sayda şahmatçı qatılırdı. Yarış maraqlı idman mübarizəsi şəraitində keçirilirdi. Hətta ¼ final mübarizələri də olurdu. Hər bir qrupda 16-18 iştirakçı olurdu. Yəni, o vaxtlar bu yarışlar çox samballı keçirilirdi. Halbuki indi Bakı çempionatına cüzi sayda kişi şahmatçı qatılır, hətta oynamaq istəmirlər. Sadəcə, o dövrlər kitab, məşqçi tapmaq və bir yerə çıxış baxımından çətin idi. Mən özüm demək olar ki, şahmatla sərbəst məşğul olmuşam. Haradasa, formal məşqçi olub. Amma heç kim mənimlə hətta bir-iki dəfə məşğul olmayıb. 1967-ci ildə “Dinamo” İdman Cəmiyyətinə (indiki Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti - red.) gəldim. Orada da məşqçi yox idi, sərbəst hazırlaşırdım. O dövrlər şahmata həddən artıq çox vaxt sərf edirdim. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil oldum. Orada təhsil aldığım 5 il müddətində paralel olaraq şahmatla da məşğul olurdum. Həmin illərdə SSRİ idman ustası adını aldım. İndi hər şey sadələşib, hətta beynəlxalq usta adını almaq da çox asanlaşıb. Amma o illərdə bu dərəcəni almaq həddən artıq çətin idi. SSRİ şahmatçıları beynəlxalq usta adını almaq üçün ittifaq daxili turnirlərdə oynamalı idilər. Xaricə getmək üçün SSRİ yığmasına düşmək isə çox çətin idi. Çünki sovet şahmat məktəbi həddən artıq qüvvətli idi. Böyük şahmat cəngəlliklərindən çıxaraq beynəlxalq turnirlərə yollanmaq qeyri-mümkün idi. Bunun üçün SSRİ çempionatında iştirak etməli və 1 – 6-cı yerləri tutmalı idin. Lakin sovet şahmatçılarının yarısı dünya çempionları, yarısı isə dünya şöhrətli idilər. Yəni, bu, bağlı yol idi. Biz sadəcə, gücümüzü artırırdıq. Yalnız SSRİ idman ustası ola bilərdik. Bundan artıq bir şey mümkün deyildi. Biz də elə dövrə düşdük ki, orada şahmatın inkişafı müəyyən çərçivədə idi.
“İndi bizim şahmat məktəbi ilə bütün dünyada hesablaşırlar”
Respublikamız müstəqillik əldə etdikdən sonra 1992-ci ildə Azərbaycan Şahmat Federasiyası yaradıldı. Həmin vaxt isə yaşım 40-ı keçmişdi. Şahmatla aktiv məşğuliyyət çətinləşirdi. Amma mən bir neçə il də oynadım. Azərbaycan çempionatında çox yaxşı yerlər tutdum. 1992-ci ildən isə məşqçilik fəaliyyətinə keçdim. Düzdür, bunadək də “Dinamo”da (indiki DİN-in İdman Cəmiyyəti) məşqçi kimi çalışırdım. Amma artıq peşəkar səviyyədə məşqçilik edirdim. Elə ilk ilimdəcə Azərbaycanın qadınlardan ibarət yığma komandası Filippinin paytaxtı Manilada Ümumdünya Şahmat Olimpiadasında iştirak etdi. Millimiz çox yüksək nəticə göstərdi, 67 komanda arasında 6-7-ci yerləri bölüşdürdü. 1996-cı ildə bütün yığmalarımıza baş məşqçi təyin olundum. Avropa və dünya çempionatlarına uşaqları, yeniyetmələri aparmaq, onlarla məşğul olmaq mənim üzərimə düşürdü. Müstəqillik illərində 8 – 18 yaşlı şahmatçılarımız Avropa və dünya çempionatlarında ümumilikdə 82 medal qazanıblar. 1990-cı illərin ikinci yarısında ilk addımlar atan uşaqlarımız indi dünya şöhrətli şahmatçılardır. Azərbaycan yığması ötən il ilk dəfə Avropa çempionu oldu. Bu, böyük uğurdur. 1950-ci illərin sonlarından indiyədək Azərbaycan şahmatında baş verənləri görən şəxs kimi deyə bilərəm ki, hazırda ölkəmizdə bu idman növü çox yüksək səviyyədədir. Bizim şahmat məktəbini bütün dünyada qiymətləndirir və həmişə hesablaşırlar. Bu da çox sevindirici haldır. Bütün səviyyələrdə keçirilən yarışlarda şahmatçılarımızı görəndə hamı çəkinir. Bunlar isə uşaqdan böyüyədək bütün şahmatçılarımızın göstərdikləri nəticələrin səbəbidir. Fikrimcə, hazırda Azərbaycanda bu idman növü çox böyük yüksəkliyə qalxıb. Məqsədimiz bu səviyyəni saxlamağa çalışmaq və inkişaf etdirməkdir.
“Azərbaycanca yazılan əsərlərin sayı çox cüzidir”
Bu gün mən əsasən bu işlə məşğul oluram. Son illər naşirlik fəaliyyətinə də qarışmaq istəyirəm. Artıq bir kitab tərcümə etmişəm. Bu, Xose Raul Kapablankanın yazdığı əsərdir. Azərbaycan dilində yazılan kitablar sarıdan çox böyük qıtlıq var. Şahmatçıların demək olar ki, hamısı rus dilli şahmat kitablarından yararlanırlar. Çünki şahmat mövzusunda əsərlərin 90 faizi rusca yazılıb. Azərbaycanca yazılan əsərlərin sayı isə çox cüzidir. Onların da səviyyəsi, çox təəssüf ki, aşağıdır. Ona görə də bəzi kitabları tərcümə etmək və imkan olarsa, bir neçə əsər yazmaq fikrindəyəm. Bəzi kitablar var ki, onları sadəcə tərcümə etmək lazımdır. Çünki çox yaxşı əsərlərdirlər. Hazırda bizim uşaqların bəziləri rus dilindən yadırğayıblar, ingilis dilini isə çox da yaxşı bilmirlər. Buna görə də əsas mənbə kimi yalnız Azərbaycan dili qalıb. Burada isə tamamilə boşluqdur. Məndə indiyədək azərbaycanca dərc olunmuş kitabların siyahısı var. Onların əksəriyyətinin ya səviyyəsi çox aşağıdır, ya adi informasiya xarakteri daşıyır. Dərslik xarakterli əsər yoxdur.
“Bunun özü böyük qəhrəmanlıq sayılırdı”
İndiyədək qabaqcıl şahmatçılarımızın oynadığı dövrlərdə kişilər arasında 5 dəfə Azərbaycan çempionu olmuşam, beynəlxalq usta adını almışam. Bunlardan əlavə, SSRİ-nin “Lokomotiv” klubunun üzvü kimi Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş dəmiryolçuların dünya çempionatında I yeri tutmuşam. Bu klubun heyətində iki dəfə SSRİ çempionu olmuş, “Dinamo”nun tərkibində isə 3-4-cü yerləri bölüşdürmüşəm. Biz pis vaxta düşdük. İndi qrossmeyster adını almaq çox sadələşib. Artıq idmançılarımız istənilən ölkədə mübarizə aparır, Avropa və dünya çempionatlarında iştirak edir, yer tuturlar. Lakin sovet dövründə dünya miqyasına başqa cür çıxış yox idi. O vaxtlar Avropa və dünya çempionatı 20 yaşadək şahmatçılar arasında keçirilirdi. SSRİ yığmasının tərkibində isə belə yarışlara bir şahmatçı gedə bilərdi. O heyətə düşmək qeyri-mümkün idi. Çünki həmin dövrlərdə SSRİ-nin Harri Kasparov, Anatoli Karpov, Boris Spasski kimi şahmatçıları var idi. Amma SSRİ çempionatına Azərbaycandan Vladimir Bağırovla mən düşürdüm. Bunun özü böyük qəhrəmanlıq sayılırdı.
“O vaxtlar böyük miqyasda nəticələr yox idi”
Hazırda güclü şahmatçılarımız SSRİ dövrü ilə müqayisədə çoxdur. Sovet hakimiyyəti illərində 4 ildə bir dəfə SSRİ xalqlarının spartakiadası keçirilirdi. Həmin spartakiadada 15 SSRİ respublikasından əlavə, Moskva və Leninqrad (indiki Sank-Peterburq) komandaları da mübarizə aparırdı. 17 komanda arasında biz 12-13-cü yerləri tuturduq. 11-ci yeri tutanda sevinirdik. İndi isə yığmamız yüksək nəticələr göstərir. Bu il Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandası 115 komanda arasında 3-8-ci yerləri bölüşdürdülər. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov Beynəlxalq Şahmat Federasiyasının son reytinq cədvəlində ilk “20-lik”də yer alıblar. O vaxtlar isə Azərbaycanda belə şahmatçıların sayı barmaqla sayılacaq qədər idi. Məsələn, Tatyana Zatılovskaya vardı. O, qadınlar arasında dünyanın 7-8 şahmatçısı arasına düşürdü. Zonalararası yarışda oynayırdı, iddiaçıların turnirinə düşə bilirdi. Daha əvvəllər isə Vladimir Makaqonov olub. O, 1930-1940-cı illərdə şahmat oynayıb. Vladimir Bağırov vardı, SSRİ çempionatına düşürdü, ondan irəli keçə bilmirdi. Bir də ki, rəhmətlik Sultan Xəlilbəylini demək olar. Lakin o da SSRİ çempionatına düşə bilmirdi. Sadəcə, parlaq şahmatçı idi. Yəni, o vaxtlar böyük miqyasda nəticələr yox idi. Amma indi 3 şahmatçısının ilk “20-liy”ə düşməsi hər ölkəyə qismət olmur. Hətta ən güclü şahmat ölkəsi sayılan Rusiyanın iddiaçılar turnirində cəmi 1 təmsilçisi çıxış edəcəyi halda, Azərbaycanı Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov təmsil edəcək.
“Harri Kasparov müstəqil deyildi”
Harri Kasparova gəldikdə, o da bizim məktəbdən böyüyüb. 151 saylı orta məktəbdə təhsil alıb. Birgə o qədər məşğul olmuşuq ki... Bakıda yaşadığı dövrdə dünya çempionu adını qazanıb. Əlbəttə, bunların hamısı tarixdir, silmək mümkün deyil. Müəyyən mənada fəxr edirik ki, Kasparov bizim şahmat məktəbinin yetirməsidir. Amma sonrakı işləri, öz fəaliyyətində Azərbaycan haqqında mənfi fikirləri onun bir insan kimi tam mükəmməl olmadığını göstərir. Bununla belə, Kasparov böyük şahmatçıdır və məhz Azərbaycan şahmat məktəbinin yetirməsidir. Bakıda yaşadığı dövrlərdə onun heç vaxt belə mənfi fikirləri olmayıb. Kasparov 1985-ci ildə dünya çempionu olduqdan sonra Bakıda təntənəli qarşılanmışdı. Azərbaycandan dünya çempionunun olması bizim qeyri-adi bir şey idi. O, Bakıdan getdikdən sonra ilk müsahibəsində də, SSRİ-nin son prezidenti Mixail Qorbaçovla görüşündə də Azərbaycan haqda müsbət fikirlər səsləndirmişdi. Lakin tədricən Kasparovda ermənilər tərəfə meyllənmə baş verdi. “Nedelya” qəzetinə müsahibəsində demişdi ki, Bakı artıq maraqlı şəhər deyil. Erməniləri nəzərdə tutaraq, hamının bu şəhəri tərk etdiyini söyləmişdi. Açığı, o, bir insan kimi elə də müstəqil deyildi. Sanki kənar fikirlərin təsiri altına düşürdü. Anası erməni idi. Əvvəllər olmasa da, məlum hadisələrdən sonra anası tərəfə meylləndi. Baxmayaraq ki, Bakıdan getdikdən sonra iki ilədək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində qalıb. Orada ona böyük otaq vermişdilər, ailəliklə qalırdılar. Lakin nümayəndəliyimizi tərk etdikdən sonra anasının təsiri nəticəsində erməni qüvvələri ilə əlaqələri gücləndi. Tamam başqa şeylər danışmağa başladı.
“Teymur Rəcəbov hələ o səviyyədə deyil”
Kasparovun anası Elmi Tədqiqat İnstitutunda mühəndis vəzifəsində çalışırdı. Amma mən tanıdığım vaxtdan anası işləmirdi, demək olar ki, bütün vaxtını oğluna həsr edirdi. Atası isə hələ uşaq ikən ölmüşdü. Ailənin yeganə övladı idi. Əmisi Leonid Vaynşteyn məşhur bəstəkar idi. Soyadını dəyişməsinin səbəbinə gəldikdə, o vaxtlar ona belə məsləhət görmüşdülər ki, yəhudidənsə erməni yaxşıdır. Çünki SSRİ dövründə yəhudilərə bir qədər pis baxırdılar. Moskvada ona məsləhət görmüşdülər ki, soyadını dəyişdirsən, daha irəli gedə bilərsən. Anasının soyadı Kasparova olduğu üçün o da Kasparov soyadını götürdü. Sonradan hadisələr elə fırlandı ki, əksinə oldu. Onunla görüşlərim çox olub. Hətta o, mənim yanımda məşğul olub. Bir dəfə mənə 6 oyundan ibarət görüş keçirməyi təklif etdi. Dəftərlərini gətirirdi, baxırdım. Bir-iki dəfə də turnirdə oynamışıq. Sözsüz ki, çox istedadlı idi. Yaddaşı çox əla idi. Tez düşünmə qabiliyyəti vardı. O qədər iti düşüncəyə malik idi ki, fikirlərini aramla çatdıra bilmirdi, tez-tez danışırdı. Sonralar siyasətə qoşulmasını, özünü aparma formasını şahmat oynama qabiliyyətindən ayırmaq lazımdır. Çünki tarixdə 10 dənə böyük şahmatçı olubsa, onlardan biri odur. Düzdür, Teymur Rəcəbov onu 1 oyunda udub. Amma 1 qələbə hələ heç nə demək deyil. Futbol komandası da güclü rəqiblə oyunlardan 1-də qələbə qazana bilər. Teymur hələ o səviyyədə deyil. Kasparov kimi şahmatçılar 50 ildə bir dəfə doğulurlar. Çox parlaq istedada malik, özünü şahmata həsr etməyə hazır olan, nəyin bahasına olursa-olsun, dünya çempionluğunu qazanmağa qadir insandır. Belələri az-az olur.
Parapsixoloqun rolu
Harri Kasparov Anatoli Karpovla dünya şahmat tacı uğrunda qarşılaşdığı vaxt bir oyunda parapsixoloq Tofiq Dadaşov və onun dəstəsinin ona köməyi dəymişdi. Sonralar Dadaşov bunu verdiyi müsahibədə də etiraf etmişdi. Şahmat elə bir oyundur ki, fikirləşib oynamalısan. Şahmatçıya düşünməyə mane olanda oyun getmir. Parapsixoloq isə onu mənfi qüvvələrin təsirindən azad edir. Oyun vaxtı uzaq məsafədən şahmatçının gözünün içinə baxaraq, dalğaların köməyilə təsir edir, mənfi dalğaları uzaqlaşdıraraq, şahmatçının düşünməsinə şərait yaradırlar. Yəni, parapsixoloqun müəyyən mənada köməyi var. Amma şahmatda “Kimə bu cür kömək etsəm, udacaq” kimi bir anlayış yoxdur. O halda şahmatçının özünün istedadı ikinci dərəcəli ola bilərdi.
“Aynur Sofiyeva məmurluq fəaliyyətini seçdi”
Qadın şahmatçılarımız da yaxşı nəticələr göstəriblər. Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Fənarə Babayeva və Nigar Sultanova 1986-cı ildə keçirilmiş SSRİ xalqlarının son spartakiadasında çempion oldular. Sofiyeva bir neçə turnirdə də qalibiyyət əldə etmişdi. O, bir-iki il də oynadıqdan sonra şahmatı buraxdı. Maddi ehtiyac üzündən o, bir müddət İranda məşqçi işlədi. Sonra geri qayıtdı, oynamaq istədi. Şahmat elə bir sahədir ki, burada pul qazanmaq çox çətindir. Turnirlərə gedib-gəlmək xərc tələb edir. Amma qazanc çox azdır. Kimsə sabit dəstək verməlidir ki, bir neçə il oynayaraq müəyyən səviyyəyə çatasan. Özünə qalsa, hər dəfə 1000-1500 dollar xərc çəkib turnirlərə gedirsən, amma qazancın olmur. Üstəlik, məşqçin də olmalıdır. O vaxtlar mükafat fondu yox idi. İndi isə kişilərin turnirlərində nəzərəçarpacaq məbləğ olsa da, qadınların yarışlarında çox cüzidir. Bu məbləğlə bütün xərcləri ödəmək qeyri-mümkündür. Sofiyeva ilə uzun müddət məşğul olan Aleksandr Aslanov güclü mütəxəssis idi. Bir-iki il öncə rəhmətə getdi.
“Bir kağızı çap etmək üçün ondan-bundan xahiş edirdik”
Son üç ilədək Azərbaycan Şahmat Federasiyasının ofisi də yox idi, ictimai xarakter daşıyırdı. Maaş almırdıq. Adicə bir kağız çap etmək üçün ondan-bundan xahiş edirdik. Elman Rüstəmovun federasiya prezidenti seçilməsindən sonra ofis problemimiz həll olunub, imkanlarımız yaxşılaşıb, texniki işlərimiz qat-qat sadələşib. Halbuki əvvəlki prezident Aynur Sofiyeva üçün maliyyə problemlərini həll etmək çətin idi. Düzdür, o, öz əlaqələrindən istifadə edərək, müəyyən köməkliklər göstərirdi. Bununla belə, o dövrlər çox çətinlik çəkirdik. Çünki Aynur xanımın maliyyə rıçaqları yox idi. Yalnız Sofiyevanın son ilində bizə Azərbaycan Beynəlxalq Bankı tərəfindən indiki Füzuli küçəsində ofis verildi. Təqribən bir ilədək orada olduq. Rüstəmovun gəlişindən sonra isə biz “Xaqani” Ticarət Mərkəzində yeni ofisə köçdük. Federasiyamızın maliyyə imkanları da gücləndi. Artıq bizim smetamız, illik büdcəmiz var.
“Övladlarım sadəcə, şahmat oynaya bilirlər”
Ailəmiz 5 nəfərdən ibarətdir. Özüm və həyat yoldaşımdan əlavə, 2 oğlum, 1 qızım var. Övladlarım sadəcə, şahmat oynaya bilirlər. Amma heç biri şahmatla peşəkar səviyyədə məşğul olmayıblar. Mən onun tərəfdarıyam ki, hər şey könüllü olsun, böyük həvəsi, meyli olsun. O halda özüm də dəstəkləyərdim. Hər bir sənət kimi, bu da ağırdır. Ağır sənətə meyllilik isə ürəkdən gəlməlidir. Heç kim məcburən bu əziyyətə dözmür. Get, gəl, bu qədər vaxt itir. Axşam oturursan, heç bir maddi gəlir yoxdur, sadəcə, şahmata sevgi səni özünə cəlb edir, məşğul olursan. Düzdür, övladlarıma öyrətmişdim, şahmat oynayırdılar. Böyük sevgiləri olsaydı, mən də dəstəkləyərdim. Ağır sənətdir. 1000-dən 1-i müəyyən səviyyəyə çatır, amma o səviyyə də maddi baxımdan qane etmir. Ona görə də şahmatla onu sevən məşğul olmalıdır. Böyük oğlum hava limanında, kiçiyi özəl şirkətdə işləyir. Qızım Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik akademiyasının II kursunda təhsil alır. Hər gün həvəskar səviyyədə şahmat oynayırlar.
“Əməkdən alınan ləzzətin yerini heç bir maddi qazanc vermir”
Bu sahədəki fəaliyyət mənə maddi baxımdan demək olar ki, böyük bir şey verməyib. 5 yaşımdan kitabları özüm tapmışam, rus dilindən tərcümə edib oxumuşam, yay günlərində 7-8 saat məşğul olmuşam. Bu əziyyətlərin hamısı gözümün qabağına gəlir, bunların qarşılığında maddi baxımdan cüzi qazanc əldə etmişəm. Özüm əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisiyəm. Amma bunlar formal şeylərdir, bu dəqiqə Azərbaycanda kim istəyirsə, alır. O səviyyədə ki ortaya iş qoymuşam, əməyim layiqincə qiymətləndirilməyib. Maddi çətinlik içində yaşayıram. Şahmat sahəsində 1700-dək məşqçi var. Amma onların yarısı, sadəcə, oynaya bilmir. Qalanların böyük hissəsi fiqurları çətinliklə tanıyır. Belə bir selin içində normal insanın qalması da çətindir. Kim gəldi, məşqçi işləyir. Belə axının içində nə etmək olar? Amma bir şey var ki, həyatımı maraqla yaşamışam. Daim kitabla, şahmatla məşğul olmuşam. Azərbaycandakı fəaliyyətimlə yanaşı, Dövri olaraq Türkiyəyə də məşqçi kimi işə dəvət edirlər. “Antalya” komandasında oynamaqla yanaşı, məşqçi də işləmişəm. Gərək insan öz əməyindən ləzzət alsın. O ləzzətin yerini heç maddi qazanc da vermir.
Elşən MƏMMƏDOV

1562